“iOS 11” sükan arxasında smartfondan istifadəni qadağan edəcək

Payızda istifadəyə veriləcək yeni “iOS 11” əməliyyat sistemində “Do Not Disturb While Driving” (“Sükan arxasında narahat etməyin” - DNDWD) adlı maraqlı və faydalı funksiya quraşdırılıb. “Sükan arxasında narahat etməyin” barəsində çoxdan şayiələrin yayıldığı avtomatik rejimdir. Funksiya sürücüyə hərəkət zamanı smartfondan istifadəni qadağan edir.
Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, “DNDWD” avtomatik rejimdən fərqli olaraq rabitə vasitələrini deyil, “Narahat etməyin” standart rejiminə oxşar məlumat və ya zənglər haqqında bildirişləri söndürür. Onu əllə işə salan zaman “Sükan arxasında narahat etməyin” “iPhone”un avtomobilin çox sürətlə hərəkət etməsini anladıqda avtomatik işə düşür. “Apple” nümayəndələrinin sözlərinə görə, sürət “Bluetooth” və “Wi-Fi” şəbəkələrinin çıxış nöqtələrinə görə hesablansa da, smartfonda akselerometr quraşdırılıb.
Məlumata görə, “DNDWD” daxil olan məlumatlara proqramlaşdırılmış mətnlə və ya istifadəçinin sükan arxasında olmasını və sonradan cavab verəcəyini bildirən sadə bildirişlə avtomatik cavablandırır. Həmçinin, “Seçilmiş kontaktlar” siyahısına müəyyən kontaktların əlavə edilməsi üçün imkan yaradılıb. Bu, kontaktların ikinci dəfədən zəng etməsinə və ya məlumat göndərməsinə imkan verir. Funksiya təhlükəsizliklə yanaşı, “iPhone” sahiblərinin smartfonun avtomobilin multimedia sisteminə inteqrasiyasından (Apple CarPlay) daha çox istifadə etmələri üçün nəzərdə tutulub.
“Sükan arxasında narahat etməyin” funksiyasını istifadəçinin avtomobil sürücüsü deyil, sərnişin olmasını bildirən düyməni basmaqla söndürmək mümkündür.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











