İran 114 “Airbus” təyyarəsi alacaq

İran və Fransanın “Airbus” təyyarə istehsalçısı şirkəti arasında 114 ədəd təyyarənin satın alınması haqqında razılaşma əldə olunub. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib. APA-nın Iran bürosunun məlumatına görə, A. Axundi qeyd edib ki, bu anlaşma ölkənin təyyarə parkının yenilənməsi məqsədi ilə əldə olunub. Onun sözlərinə görə, xarici aviaşirkətlər İranın təyyarə parkının yenilənməsi prosesində lizinq əsasında əməkdaşlıq edə biləcəklər. İranın yol və şəhərsalma nazirinin sözlərinə görə, dünyanın böyük sığorta şirkətləri ilə də bu sahədə müzakirələr aparılıb. Qeyd edək ki, noyabr ayında İranın yol və şəhərsalma naziri Abbas Axundi ölkənin təyyarə parkının dünyanın ən köhnə aviasiya donanması olduğunu demişdi və bildirmişdi ki, onun yenilənməsi üçün İrana 50 milyard dollar dəyərində 500 təyyarə lazımdır. Amma bu qədər maliyyə resursu İranda yoxdur. O hökumətin nəqliyyat sektorunda, xüsusi ilə aviasiya sənayesində yerli və əcnəbi şirkətlər arasında müştərək şirkətlərin təsis olunması, lizinq və birbaşa satış şəklində əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











