İstilik enerjisi ilə işləyən ilk tranzistor YARADILDI

İsveçli fiziklər tərəfindən yaradılmış tranzistorda informasiya daşıyıcısı funksiyasını elektrik siqnalı deyil, istilik axınları yerinə yetirir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, İsveçin Linçopinq Universitetinin alimi Ksavye Krispin bildirib ki, ötən il onun komandası tərəfindən son dərəcə maraqlı termoelektrik xüsusiyyətlərə malik qeyri-adi üzvi polimer kəşf edilib. Polimerin enerji ilə mənfi doldurulmuş zəncirləri temperatur dəyişikliyinə zəif reaksiya verir, nəticədə şaxta və qızmaya güclü reaksiya verən enerji ilə doldurulmuş müsbət ionlarla qarışığı termokondensatora çevrilir. Krispin və onun həmkarları bu maddələr kombinasiyasını kəşf etməklə informasiya daşıyıcısı qismində istilikdən istifadə edən daha mürəkkəb qurğuların yaradılmasında tətbiqi məsələsini öyrəniblər. Hibrid elektron-istilik tranzistorunun yaradılması bu səylərin nəticəsi olub. Krispinin sözlərinə görə, onun komandası tərəfindən hazırlanmış polimer istiliyə qarşı yüksək həssaslığa malikdir. Bu isə istiliyə əsaslanan tranzistorların tibbi cihazlar, infraqırmızı kameralar üçün “ağıllı piksellər” qismində tətbiqinə imkan verir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











