Kağızdan akkumulyator düzəldildi - İnsan seliyindən enerji toplayır

Bakteriyalar vasitəsilə enerji toplayan akkumulyatorlar olduqca faydalı enerji mənbəyi ola bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Binhemton Universitetində kompüter elmləri assistenti Sioken Çoy artıq 5 ildir çirkli sular vasitəsilə enerji toplayan elastik akkumulyatorların yaradılması imkanını nəzərdən keçirir. Onun yeni innovativ batareya konstruksiyası yalnız insan seliyinin bir damcısından istifadə etməklə işıq diodunu işıqlandırmaq qabiliyyətinə malikdir. Qeyd olunur ki, bakterial batareyaların bu tipləri mikrob yanacaq elementləri əsasında işləyir. Bu elementlər bərpa və oksidləşmə reaksiyalarının həyata keçirilməsi üçün bakteriyalardan istifadə edir. Reaksiyalar nəticəsində elektrik enerjisinin hasili üçün molekullar arasında elektronlar dəyişdirilir. Alimlər qurğunun yoxlanılması zamanı 1 kvadrat santimetr üzrə bir neçə mikrovatt güc əldə etməyə nail olublar. Bu isə bir ədəd batareyanın köməyi ilə işıq diodunu aktivləşdirməyə imkan verib. Tədqiqatçıların fikrincə, gələcəkdə yeni batareya birdəfəlik diaqnostik qurğuların enerji ilə doldurulmasında istifadə oluna bilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











