Kofeli avtobus

İngiltərənin paytaxtı Londonda atmosferə daxil olan zərərli qazın miqdarını azaltmaq üçün kofedən əldə edilmiş bioyanacaqdan istifadə ediləcək. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Bio-bean" şirkəti kofedən hazırlanmış və 1 avtobusu 1 il ərzində yanacaqla təmin edəcək bioyanacaq istehsal etdiyini açıqlayıb. Şirkət Londonda kofe artıqlarını toplayır və bu tullantılardan alınan kofe yağı başqa heyvani və bitki tərkibli yağlarla qarışdıraraq yanacaq əldə edir. Bildirilir ki, gündə 2-3 stəkan kofe içilən Londonda il ərzində 200 min ton kofe qalığı olur və bu miqdar enerji istehsalı üçün istifadə ediləcək. Hazırda Londonda 9500 avtobusun bir hissəsi qida yağı, ət yağından əldə edilmiş bioyanacaqla işləyir. "Bio-bean"in qurucusu Artur Key qeyd edir ki, ildə 38 milyard stəkan kofenin içildiyi Fransada da bu layihəni tətbiq etmək istəyirlər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












