Kosmik hotel layihəsi təqdim olundu

ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır.
Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb.
“Managed, Reconfigurable, In-space Nodal Assembly” (“Marina”) adlanan layihənin yaradıcılarının planlarına görə, kosmik hotel ləçəklər şəklində dairəvi yerləşən səkkiz hava ilə doldurulmuş moduldan ibarət olacaq.
Məlumata görə, hotelin gələcəkdə Beynəlxalq Kosmik Stansiyanı əvəz etməsi NASA-ya kosmik turist axını sayəsində xərcləri azaltmağa imkan verəcək. Bundan başqa, modulların sayını tədricən artırmaq və onları digər şirkətlərə icarəyə vermək mümkün olacaq.
Konsept yaradıcılarının sözlərinə görə, hoteldə bar, restoran, fitneslə məşğul olmaq üçün zal, birinci dərəcəli xidmətlərin göstərildiyi otaq nömrələri və s. yerləşəcək. Əsas fərqli cəhət isə qonaqlar üçün böyük illüminatorlardan açılan sehirli mənzərələr olacaq.
Mütəxəssislərin ilkin hesablamalarına görə, hoteldə iki həftəlik qalmaq üçün qiymət təxminən 5 milyon dollar təşkil edəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











