Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub

Amerikalı 57 yaşlı astronavt Peqqi Uitson tarixdə kosmosa uçan ən yaşlı qadın olub. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, o, bu rekordu Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyasına üçüncü uçuşunu etməklə vurub.
İnformasiyaya əsasən, "Soyuz" kosmik aparatı onu, rusiyalı Oleq Novitski və ilk dəfə kosmosa uçan fransalı astronavt Tom Peski Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq.
Xəbərə görə, onlar noyabrın 19-da stansiyaya yetişəcəklər. 2017-ci ilin mayınadək heyət stansiyada bir sıra təcrübələr həyata keçirəcək.
Məlumatda bildirilib ki, Piqqi Uitson açıq kosmosda bir gündən artıq qalan ilk amerikalı astronavt olmaqla daha bir rekorda imza atacaq. Əvvəlki uçuşlar zamanı o, 6 dəfə açıq kosmosda olub.
Qeyd edək ki, Uitson ABŞ-ın Ayova ştatında doğulub. İlk dəfə 2002-ci ildə kosmosa uçub. 2007-ci ildə isə Beynəlxalq Kosmik Stansiyanın tarixində ekipajın ilk qadın-komandiri olub.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












