Kosmosa ilk 900 turist bileti satıldı

Britaniyalı sahibkar və milyarder Riçard Brensonun “Virgin Galactic”şirkəti ilk kosmik turistlərə 900-ə yaxın bilet satıb. Avtosfer.az lent.az-a istinadən məlumatına görə, bu barədə Brenson özü Moskvada keçirilən “Synergy Global Forum 2017” biznes forumunda bildirib. “Ümid edirəm ki, 2-3 aydan sonra “Virgin Galactic” kosmosa yola düşəcək və tamamilə yeni kosmik era başlayacaq. Beləliklə, burada olan bir çox insanlar kosmosa getmək imkanına nail ola biləcəklər”, - deyə o bildirib. Hazırda “kosmosa” biletin qiyməti 250 min dollar dəyərindədir. Ancaq sahibkarın sözlərinə görə, zaman-zaman onun qiyməti düşə bilər. Qeyd edək ki, artıq “Virgin Galactic” şirkəti “SpaceShipTwo” turist gəmisinin bir neçə sınağını keçirib. Həmçinin suborbital kosmik uçuş da planlaşdırılıb.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












