"Lada"-nın “Transformers”i hazırlandı – VİDEO

Rusiyada yaşayan Gennadi Koçerga və Sergey Koçerga adlı ata və oğul “LADA (VAZ) 2110” model avtomobildən dünyaca məşhur olan “Transformers” filmindəki robotun bənzərini yaradıblar. Avtosfer.az xəbər verir ki, sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib. Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb: “Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan “Transformers” oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb”. Gennadi Koçerga sözügedən robot-avtomobilə “Optimus Gennadieviç Praimov” adı verdiyini söyləyib: “Hazırladığımız “Transformers”-ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq”. (publika)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












