NASA Mars üçün nəzərdə tutulmuş yeni roveri təqdim edib - VİDEO

NASA Mars üçün nəzərdə tutulmuş yeni roveri (Mars planeti üçün nəqliyyat vasitəsi) təqdim edib. Sözügedən yeni rover həm nəqliyyat vasitəsi, həmdə laboratoriya qismində çıxış edir. Yeni rover, NASA mütəxəssislər və “Parker Brothers Concepts” şirkətinin əməkdaşları ilə birlikdə hazırlanıb. Avtosfer.az xəbər verir ki, bu şirkət, fantastik janrlı filmlərdə olan ideyaların hazırlanması və reallaşdırılması üzrə fəaliyyət göstərir. Yeni Mars Rover-in uzunluğu 8 metr, hündürlüyü 3.4 metr, enliyi isə 4 metrdir. Onun korpusu yüngül və dözümlü materiallardan hazırlanmışdır. 50 inç-lik ölçüyə sahib 6 ədəd təkər, qatı torpaq səthində hərəkət etmək üçün nəzərdə tutulub. Sözügedən rover, düz yolda saatda 110 km sürətlə hərəkət etməyə qadirdir. Lakin Mars planetində olan münbit şərait sayəsində çətin ki, bu rover saatda 25 km sürəti keçə bilsin. Roverin əsas hissəsində 4 nəfər astronavt yerləşə bilir. Onun ikinci hissəsi isə müxtəlif avadanlıqlarla dolu olub daha yığcamdır. NASA qeyd edib ki, gələcəkdə Mars planetinə bu roverin tam kopyası göndərilməyəcək. Sözügedən rover yalnız prototip qismində çıxış edir. Lakin gələcəkdə Mars üçün rover istehsalında, təqdim olunmuş bu modelin təməlində iştirak etmiş texnologiyalardan istifadə olunacaq. (technote.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











