Nazirlik hərbi texnika və hərbi obyektləri məhv edəcək PUA-lar yaratmağa başlayıb

Yaradılması Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, MSN-nin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib ki, hazırda, ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək gücündə olan “Zərbə-KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb. Qeyd olunub ki, eyni zamanda, iki istiqaməti - zirehli texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq










