Norveçdə avtonom gəmilər suya buraxılıb

Norveçin “Yara” kimya konserni və “Kongsberg Group” şirkəti “ağıllı” yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, 2018-ci ilin sonunadək gübrələrlə yüklənən elektrik hərəkət qüvvəsinə malik ilk “ağıllı” gəmilərin Poşqryunn və Brevik cənub limanları arasında hərəkət etməyə başlayacaqları planlaşdırılır. Məlumata görə, hazırda onlar 10 dəniz milində məsafəni qət etməklə məşğuldurlar. Lakin məhz bu kiçik ərazidə mayak, naviqator, radar, kamera və sensorlarla təchiz edilən gəmilərin sınaqları keçiriləcək. Avtonom gəmilərin istifadəyə verilməsi adi gəmilərdən üç dəfə baha başa gəlsə də, istismarı 10 dəfə ucuz olacaq. Həmçinin bildirilir ki, bir elektrik “Yara Birkeland” gəmisi dizellə işləyən 40 min yük gəmi reysini əvəz edəcək. 2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










