Operator və provayderlərin internet sürəti ilə bağlı aylıq məlumat dərc oluna bilər

Dünyaca tanınmış “Ookla” şirkətinin nümayəndələri Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) olublar.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Avtosfer.az-a bildirilib ki, görüşdə “Ookla”nın Yaxın Şərq və Afrika üzrə baş texniki meneceri Xalid Muhamməd, Yaxın Şərq və Afrika üzrə baş satış direktoru Osaman Nayveyseh və Yaxın Şərq və Afrika üzrə müştəri xidmətləri direktoru Əhməd Nəbəvi iştirak ediblər.
İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov qurumun “Ookla” ilə geniş əlaqələrinin olduğunu, agentliyin şirkətin bir sıra xidmətlərindən istifadə etdiyini bildirib.
“Ookla” rəsmiləri xidmətlərdən istifadə zamanı yaranmış suallara aydınlıq gətiriblər. Görüşdə provayderlərdə quraşdırılmış “SpeedTest” serverlərinə olan performans tələbləri, serverlərin istismar qaydalarının pozuntu hallarının aşkarlanmasında dəstək, bu kimi halların real indeks göstəricilərini təhrifetmə imkanları, onların aradan qaldırılması üçün atılmalı olan tədbirlər, “Ookla”nın indeksləri hesablama metodologiyaları, “SpeedTest” indekslərinin internet telekommunikasiya xidməti göstərən operator və provayderlər üzrə ayrılıqda dərc edilmə imkanları müzakirə olunub.
İKTA nümayəndələri internet keyfiyyətinin ölçüləbilən olması məqsədilə hər bir operator və provayder üzrə internetin yükləmə və endirilmə sürətlərinin ayrı-ayrılıqda aylıq dərc olunmasına başlamaq niyyətində olduqlarını bildiriblər. Həmçinin “Ookla” şirkəti tərəfindən istifadəyə verilən yeni xidmətlərin təqdimatı keçirilib.
Görüşdə İKTA əməkdaşlarına təlimlərin keçirilməsi və qaldırılan sualların geniş müzakirə edilməsi qərara alınıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











