Pakistan Azərbaycana elə bir silah verir ki… “Baş bəlası” – VİDEO

Azərbaycan Pakistandan MFI-395 “Super Mushshak” təlim təyyarəsi alacaq. Avtosfer.az azeridefence.az-a istinadən xəbər verir ki, bu barədə yə ötən həftə İstanbulda İDEF-2017 sərgisində iştirak edən Pakistan Aeronautical Complex (PAC) təşkilatından məlumat verilib. İlk mərhələdə Azərbaycan Pakistandan 10 ədəd “Super Mushshak” təlim təyyarəsi alacaq. “Bunun davamı olaraq biz JF-17 “Thunder” döyüş təyyarələrini Azərbaycana təqdim edəcəyik”, – deyə istehsalçı müəssisədən bildirilib. PAC yetkililərinin sözlərinə görə, Azərbaycan JF-17 təyyarəsinin hazırda üzərində işlər davam edən yeni konfiqurasiyasını (Blok II və Blok III) istəyir. Təyyarənin Azərbaycana satışı ilə bağlı bəzi texniki problemlər də öz həllinin tapıb. Ötən ilin sonunda imzalanmış müqavilə ilə Pakistan Türkiyəyə də 52 ədəd “Super Mushshak” təyyarəsi ixrac edəcək. Qeyd edək ki, “Super Mushshak” təyyarəsi bu gün dünyada öz sinfində həm təhlükəsizliyinə və imkanalarına, həm də qiymətinə görə ən münasib təyyarələrdən hesab olunur. Hazırda “Mushshak” və “Super Mushshak” təyyarələri Pakistanla yanaşı İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq, Qətər, Nigeriya və Cənubi Afrikanın istifadəsində yer alır. İstehsalçı müəssisənin iddialarına görə, təyyarə hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlüksəzlik standartlarına tam cavab verir. “Super Mushshak” təyyarəsinin heyəti 2 nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, uçuş ağırlığı – 1250 kq-dır. Bir ədəd 260 at gücündə Textron Lycoming IO-540 V4A5 (6 silindr) mühərriklə təchiz edilmiş təyyarənin maksimum sürəti 268 km /saat, kreyser sürəti 240 km / saat, birbaşa uçuş uzaqlığı 814 km, havada qalma müddəti 4 saat 15 dəqiqə, uçuş hündürlüyü 6705 metr təşkil edir. Təyyarə xarici asmada 300 kiloqram yükgötürmə qabiliyyətinə sahibdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











