“Passenger Drone” uçan taksisinin sınaqları keçirildi - VİDEO

“Passenger Drone” şirkəti Avropada sərnişin uçuş aparatının sınaqlarına başlayıb. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, şirkət tərtibatçılarının sözlərinə görə, dron “Ehang 184” və “Volocopter” aparatları ilə rəqabət apara biləcək. Hazırda “Passenger Drone” aparatının uçuşunun tam təhlükəsiz olmaması səbəbindən birinci dəfə üçün sərnişin dronunun kabinəsində pilot əyləşib. O, aparatın aerodinamik imkanlarını qiymətləndirərək uçuşda onun əsas sistemlərini sınaqdan keçirib. Aparatın sonuncu versiyasında idarəetmə elementlərinin saxlanılması nəzərdə tutulur. Bu səbəbdən o, həm müstəqil, həm də pilotun idarəetməsi ilə uça biləcək. Bildirilir ki, aparatın kabinəsi vertolyot kabinəsinə çox oxşasa da, onlardan fərqli olaraq uçan taksi elektrik ötürücüsü ilə təchiz edilən 16 mühərrik vasitəsilə uçur. Bu, drona saatda 50 km sürətlə təxminən yarım saat uçmağa imkan verir. Mütəxəssislər qeyd edir ki, uçuşların məsafəsini artırmaq üçün daha tutumlu akkumulyatorlardan istifadə mümkün olsa da, aparatın kütləsi və qiymətinin arta biləcəyinə görə bunu etmək hazırda məqsədəuyğun hesab edilməyib. İlkin test mərhələsindən keçən uçan taksinin ilkin nümayişi növbəti ilin əvvəlinə planlaşdırılır. Qiymət və seriyalı istehsala başlama müddəti barədə məlumat verilmir. Qeyd edək ki, bir müddət əvvəl Dubayda da digər pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib. Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir. Sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək. Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











