Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanıldı - Göygöldə
Texnologiya
27 Mart 2017 18:59

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb
Göygöldə polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin "Fiat Doblo" markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb. O, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T. Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.
Oxunub : 4092
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
ŞƏRH YAZ













