PUA-lar üçün “GPS”-dən istifadə etməyən sistem yaradıldı - VİDEO

"GPS" sistemləri koordinatların əldə edilməsi üçün ən geniş yayılmış və dəqiq mənbələrdən biridir. Onlardan hər yerdə, o cümlədən pilotsuz uçan aparatlarda istifadə edilir. Lakin indiyədək peyk naviqasiya sistemlərinin meşə, tunel, mağara və s. kimi işləmədiyi yerlər mövcuddur. Məhz buna görə "NVIDIA" şirkətinin tədqiqatçıları robotların naviqasiyası üçün "GPS"-dən asılı olmayan sistem variantı hazırlamaq qərarına gəliblər.
Avtosfer.az "ICTnews"-a istinadən xəbər verir ki, dünyanın məşhur şirkətinin texnologiyası daxil olan məlumatların tanınması və qərarların qəbulu üçün süni intellektin idarəetməsi ilə işləyən kameraların işinə əsaslanır. Sınaqlar zamanı pilotsuz uçan aparat modellərinin birində iki əlavə kamera və özündə süni intellekt və dərin kompüter təlimi funksiyalarını birləşdirən "Jetson TX1" modulu quraşdırılıb.
Məlumata görə, yeni sistem pilotsuz uçan aparatların mürəkkəb quruluşa malik yerlərdə səmti müstəqil tapması, marşrutu seçməsi və kənardan kömək olmadan hərəkət etməsi üçün hazırlanıb. Əvvəlcə belə sistemlə təchiz edilən pilotsuz uçan aparatlardan yalnız meşədə istifadə nəzərdə tutulsa da, praktika göstərib ki, onlardan şəhər şəraitində, təbii fəlakət zonalarında və su altında istifadə mümkündür.
Uçan aparatların hərəkətlərini idarə edən neyron şəbəkə "TrailNet" adlanır və onun təlimi təkcə açıq sahədə deyil, müxtəlif tipli meşə mühitində "GoPro" kameralarından edilən qeydlər vasitəsilə aparılıb. Kameraya çəkilən yolun ümumi uzunluğu təxminən 13 min km təşkil edib. Hazırda pilotsuz uçan aparat toqquşmaların qarşısının alınması üçün təkmilləşdirilmiş funksiya sayəsində meşə zolağında 1 km məsafəni müstəqil şəkildə qət edə bilir. Yeni sistem tərtibatçısı Nikolay Smolyanskinin sözlərinə görə, vizual sistem həm "GPS"-nin, həm də digər naviqasiya sistemlərinin işləyə bilmədiyi yerlərdə fəaliyyət göstərəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











