Qatar saatda 600 kilometrədək sürət yığa biləcək

Çin Xalq Respublikasının CRRS dəmir yolu kompaniyası saatda 600 kilometrədək sürət yığa biləcək yeni qatarın yaradıldığını elan edib. Avtosfer.az xəbər verir ki, qatar maqnit yastığı üzərində hərəkət edəcək. Müvafiq layihələr bir sıra ölkələrdə - Almaniya, Böyük Britaniya və Yaponiyada reallaşdırılıb. Çinin özündə də Şanxay şəhərini Xuntsyao aeroportu ilə birləşdirən analoji sürət qatarı fəaliyyət göstərir. Lakin CRRS bildirir ki, yeni qatar tarixdə ən sürətlisi olacaq. Onun köməyi ilə Şanxaydan Pekinə yol cəmi iki saat vaxt aparacaq, Londondan Parisə isə 34 dəqiqəyə getmək mümkün olacaq.
Yeni qatarın işə salınması üçün yeni yol yatağı lazım gəlir və kompaniya artıq 5 kilometr uzunluğunda test sahəsinin tikintisinə başlayıb. Yeni qatarlar indikilərə nisbətən 10 faiz az elektrik enerjisi işlədəcək.(azərtac)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












