"Qiyamət təyyarəsi" hazır vəziyyətə gətirildi

Şimali Koreya ilə münasibətləri gərginliyin son həddinə çatan ABŞ qiyamətə hazırlaşır. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, soyuq savaşdan bu yana ilk dəfə olaraq ABŞ "B-52" bombardıman təyyarələrini yenidən üzə çıxarır. Qiyamət təyyarəsi adlanan "E-4B Nightwatch"da hazır vəziyyətə gətirilib. Soyuq savaşdan bu yana ilk dəfə olaraq "B-52"lərə nüvə raketləri yerləşdirilib. Hava Qüvvələrinin generalı David Goldfeinin sözlərinə görə, dünya artıq çox təhlükəli bir yerdir və bu gün nüvə silahlarından hər kəs açıq-aşkar bəhs edir. O, deyib ki, dünya artıq ABŞ və SSRİ-nin olduğu iki qütblü bir yer deyil. "Artıq nüvə səlahiyyətləri olan başqa oyunçular da var". Onun sözlərinə görə, "qiyamət təyyarəsi" kimi tanınan dörd "E-4B Nightwatch"dan azı biri hazır vəziyyətdə saxlanılır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bazar günü Şimali Koreya ilə bağlı açıqlamasında hökumətin hər şeyə hazır olduğunu açıqlamışdı. "Nə qədər hazır olduğumuza inan bilmərsiniz".
"B-52"nin özəllikləri
Növü - Ağır bombardıman
İstehsalçısı - "Boeing Military Airplane Co"
Mühərrik - 8 ədət "Pratt & Whitney TF33-P-3/103" turbofan
Gücü - Hər mühərrik 7711 kq
Sürəti - saatda 920 km
Maksimum qalxış ağırlığı - 219,600 kq
Uzunluğu - 49.05 m
Mənzili - yanacaq almadan 14080 km
Heyəti - beş nəfər.
"B-52", müxtəlif missiyalarda işini icra edir. Nüvə başlıqlar və hədəfi düz vura bilən silahlar daşıyır. Körfəz savaşında atılan bombaların 40 faizi "B-52" təyyarələrinin payına düşür. 40 ildən çoxdur ki, "B-52" Amerika Ordusunun "onurğa sütunu" hesab edilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











