Robot və dronlara 103 milyard dollar xərclənəcək

"IDC" analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir. Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2 dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, analitik şirkətin məlumatına görə, 2018-ci ildə robotlara xərclər 94 milyard dollar təşkil edəcək. Bu halda robot texnikası üzrə qlobal xərclərin 70%-dən çox hissəsi sənaye robotlarının payına düşəcək. Həmçinin xidmət göstərən robotlara və istehlak modellərinə yüksək tələbat olacaq. "IDC"-nin proqnozuna görə, 2018-ci ildə dünyada pilotsuz uçan aparatların satınalmasına 9 milyard dollar xərclənəcək. Analitiklərin fikrincə, dronlara xərclərin 50%-dən çoxu korporativ istifadə üçün nəzərdə tutulmuş modellərin payına düşəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











