Robot vertolyot hazırlandı

Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, sürücüsüz uçan aparatlar hələ öz inkişafının başlanğıcındadır. Dünyada tanınmış "Airbus" şirkətinin ekspertləri sürücüsüz vertolyotu uğurla sınaqdan keçiriblər. Avtosfer.az ictnews-a istinadən bildirir ki, robot vertolyotun sınaq nümunəsi "VSR700 Optionally Piloted Vehicle" (OPV) adlandırılıb. "VSR700" ilk uçuş zamanı uçuş, eniş, dayanma, şaquli uçuş və təyin edilmiş marşrut üzrə hərəkətləri yerinə yetirib. Sınaqlar zamanı kabinədə əyləşmiş pilot aparatın işində nasazlıq olduğu halda idarəetməni həyata keçirmək imkanına malik idi, amma onun müdaxiləsinə ehtiyac olmayıb. Sınaqlar başa çatdıqdan və konstruksiya üzərində təkmilləşdirmələrdən sonra "VSR700" robot vertolyotunun yekun versiyası 250 kq ağırlığında yükü havaya qaldırmaq qabiliyyətinə malik olacaq və uçuş vaxtı 10 saat təşkil edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











