Rusiyanın yeni raketi: Putin göz dağı verdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Şuraya müraciət edib. Rusiya dövlət başçısı çıxışında Rusiyanın istehsalı olan yeni silahlardan, raketlərdən daha çox bəhs edib. Hətta o qanaqlı və strateji raketin buraxılışını da nümayiş etdirib.
O, bildirib ki, 2017-ci ilin sonunda Mərkəzi poliqonda yeni Rusiya istehsalı olan nüvə enerjisi qurğusu qanadlı raketinin uğurlu sınağı həyata keçirilib. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin edib.
"Raketin havaya buraxılması və yerüstü bəzi sınaqlar yeni tip silahlanma - raketli nüvə silahlı strateji kompleks üzərində işə başlamağa imkan verir.
Dünyada hələ bunun bənzəri yoxdur", deyə o salondakı monitorda təqdim edilən raket kompleksindən danışarkən bildirib.
Bundan başqa Putin bildirib ki, artıq onlar yeni raket kompleksininin kütləvi istehsalına başlayıb. Yeni raket sistemi hipersəs sürətinə malikdir. Artıq hipersəsli aviasiya silahları ölkənin cənubundakı hərbi hissələrə yerləşdirilib.
Bundan başqa o lazer silahı üzərində də iş aparıldığını bildirib. (istipress)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










