"Samsung"un 3 milyona yaxın paltaryuyan maşını zay çıxdıb

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ bazarına çıxardığı 2,8 mln. ədəd paltaryuyan maşını geri çağırıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna səbəb istehlakçıların məişət texnikasından istifadə edən zaman zədə almalarından şikayətçisi olmasıdır. ABŞ-ın istehlak mallarının təhlükəsizliyi üzrə komissiyasının (CPSC) məlumatında bildirilib ki, geri çağırılma şirkətin ağır yükləməli 34 modelinə aid edilir. Bu paltaryuyan maşınlar istismar edilən zaman onlar silkələnir, üst qabağı gözlənilmədən açılır və istehlakçını zədələyir. “Samsung Electronics” ilk dəfə sözügedən paltaryuyan maşınlarla bağlı 9 şikayət alıb. Onlardan biri çənənin sınması, digəri isə çiyin zədəsi ilə bağlı olub. Tədricən şikayətlərin sayı artaraq 733-ə çatıb. Geri çağırılma qərarı 2011-ci ilin mart ayından 2016-ci ilin noyabr ayına qədər istehsal olunmuş paltaryuyan maşınlara şamil edilir. Təxminən 1 ay bundan əvvəl “Samsung” etiraf edib ki, bəzi model paltaryuyan maşınları təhlükəli ola bilər.
Onu da qeyd edək ki, şirkət bir qədər əvvəl istehsalı olan “Galaxy Note 7” markalı smartfonlarını da bazardan geri çağırmaqla bağlı qərar qəbul edib. İstehlakçılar bu modeltelefonların partlamasından şikayətçidilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











