Səkkiz il qaldı: Qərbi dəhşətə gətirəcək - VİDEO

“Tupolev" şirkəti perspektivli uzaq məsafəli aviasiya kompleksinin (PAK DA) - Rusiyanın yeni strateji bombardmançısının birinci maketini hazırlayıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə bildirib. Agentliyin həmsöhbətinin sözlərinə görə, təyyarədə “stels” texnologiyası (hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikalar toplusudur. Stels texnologiyaları əsasən infraqırmızı radarlar və sonar radarlara qarşı nəzərdə tutulur –red.) maksimal tətbiq ediləcək. Bütün silahlar bombardmançının daxilində yerləşdirəcək. Həmçinin PAK DA-nın radio elektron sisteminin ən yeni vasitələri ilə təchiz edilməsi planlaşdırılır.
SİTA-ya müdafiə-sənaye kompleksindəki başqa bir mənbə bildirib ki, hərbi maşının ilk nümunələri təxminən 2025-ci ildə hərbçilərə təhvil veriləcək. İlk sınaq uçuşlarının isə 2020-2021-ci illərdə edilməsi planlaşdırılır. PAK DA hazırkı Tu-160, Tu- 95MS və uzaq məsafəli Tu-22 M3 strateji bombardmançı təyyarələrdən fərqlənəcək. Gələcəkdə PAK DA Rusiya Hərbi Hava Qüvvələrinin uzaq məsafəli aviasiyasında üç tipli təyyarəni - Tu-160, Tu-95MS və Tu-22M3-i əvəzləyəcək. Yeni Rusiya bombardmançısı üzərində işlər 2009-cu ildə başlanıb. Hazırda “Tupolev” təyyarənin layihələşdirməsini aparır. Güman edilir ki, perspektivli bombardmançının uçuş çəkisi 100 tondan çox və təxminən altı min kilometr hərəkət radiusuna malik olacaq. Bombardmançının silahlanmasının tərkibinə həmçinin böyük uçuş məsafəsi olan hipersəsli raketlər də daxil ediləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











