Şəxsi məlumatlarınız ələ keçə bilər - VİDEO

Bir milyard 600 milyondan çox telefon nömrəsinin yerləşdirildiyi və Azərbaycanda da geniş istifadəçi kütləsinə malik olan "Getcontact" mobil tətbiqindən istifadə bir sıra risklərə yol açır. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu proqramın istifadəçilərinə xəbərdarlıq edib. Proqrama istənilən nömrəni daxil etməklə həmin nömrənin digər mobil telefonlarda hansı adla qeydiyyata alındığını öyrənmək olur. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, proqramı telefonuna yükləyən şəxslərin mobil cihazının yaddaşında olan bütün nömrələr bazaya ötürülür. Bu, həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır. Həmçinin telefona giriş icazəsinin verilməsi istifadəçinin telefon yaddaşında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi təhlükəsini yaradır.
Bununla belə, sistemdən nömrəni birdəfəlik silmək də mümkündür. Bunu etdikdə artıq heç kim sizin nömrənizin başqalarının telefonunda hansı adla qeyd olunduğunu görə bilməyəcək.
Mobil tətbiqetmə isə hər saniyə bazasına yeni nömrələr əlavə edir. Proqramda nömrənizin görünməsini və məlumatların əldən-ələ keçməsini istəmirsinizsə, bazadan əlaqə nömrənizi çıxardın.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












