Smartfonlarda “Android Auto” sistemi istifadəyə verildi

İki il əvvəl “Google” şirkəti avtomobillər üçün “Apple CarPlay” sisteminin analoqu olan “Android Auto” əməliyyat sistemini təqdim edib. Təəssüf ki, avtomobil istehsalçıları hər iki sistemin dəstəklənməsini avtomobillərdə quraşdırmağa bir o qədər həvəs göstərmirlər. Həmçinin “Android Auto” və “Apple CarPlay” sistemlərini dəstəkləyərək istənilən avtomobilə quraşdırıla bilən ayrı-ayrı mediapleyerlər mövcuddur, lakin onları əldə etmək çətin və bahadır. “Google” bu problemin çox sadə həllini tapıb. Avtomobil istehsalçılarının “Android Auto” sistemini avtomobillərə tətbiq etmək istəməməsi səbəbindən şirkət platformanı smartfonlara keçirərək istifadəyə verib.
Avtosfer.az “4PDA” resursuna istinadən xəbər verir ki, “Google Play” sistemində “Android Auto” əlavəsi sistemi birbaşa smartfon ekranında quraşdırmağa imkan verən “Android Auto 2.0” versiyasınadək yenilənib. Əlavə işə salınan zaman istifadəçi interfeysi sükan arxasında onunla maksimum birlikdə işləmək üçün tam dəyişir. Smartfonu öndə müəyyən bərkidicidə quraşdırmaq və pleyer, naviqasiya, telefon və digər funksiyalarla daha rahat şəkildə istifadə etmək mümkündür. Bundan başqa, “Google” növbəti yeniləmədə platformanı əlsiz idarə etmək üçün səsli komandaların dəstəklənməsinin əlavə ediləcəyini bildirib.
Qeyd edək ki, smartfonlar üçün “Android Auto” bütün ölkələrdə işləmir. Yenilənmiş əlavəni “Google Play” əlavələr mağazasından yükləmək olar.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











