Sürücüsüz avtomobillər üçün proqram yaradıldı

"Apple" şirkəti sürücüsüz avtomobillər üçün proqram platforması hazırlayaraq ABŞ hakimiyyətindən onların yollarda sınaqları üçün icazə alıb. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, ABŞ Dövlət Avtomobil Nəqliyyatı Departamenti "Apple" şirkəti tərəfindən 2015-ci ildə buraxılan "Lexus RX540h" markalı özüidarəolunan avtomobillərin sınaqlarının keçirilməsini təsdiq edib. Analoji icazələri, həmçinin "Volkswagen", "Mercedes-Benz", "Google", "Tesla", "Nissan", "BMW", "Honda", "Ford" və "Bosch" şirkətləri alıb. Məlumata görə, şirkətin avtomobil hazırlaması ilə bağlı şayiələr 2014-cü ildə yayılmağa başlayıb. Lakin 2016-cı ilin oktyabrında "Bloomberg" agentliyi şirkətin avtomobil yaratmaq fikrindən daşınaraq avtomobil nəqliyyatının avtonom idarəetməsi üçün proqram platformaları üzərində çalışacağı barədə məlumat verib. 2016-cı ilin dekabrında "Apple" ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Milli İdarəsinə (NHTSA) avtopilotlu maşınlar üçün qayda və məhdudiyyətlərlə bağlı mövzuda məktub ünvanlayıb. Məktubda şirkət rəsmən maşınlar üçün avtomatik idarəetmə sisteminin yaradılması üzərində işləməsini təsdiq edərək oxşar avadanlıq istehsalçılarını səyləri birləşdirməyə və qazanılan təcrübəni bölüşməyə çağırıb.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










