Sürücüsüz avtomobillər üçün yeni texnologiya

ABŞ tədqiqatçıları sürücüsüz avtomobillərin daha təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən unikal sistem ərsəyə gətiriblər. Hazırda innovativ texnologiyalı ilk avtomobillərin ilkin sınaqları keçirilir. Avtosfer.az ictnews-a istinadən bildirir ki, yeni sistemin əsasını səsli impulslar vasitəsilə yoldakı maneələrin olduğu yerləri müəyyənləşdirməyə imkan verən səsli naviqasiya analoqu təşkil edir. Kompüter bir neçə saniyə ərzində bir neçə yüz metr radius üçün xəritəni cızır ki, bu da yolda toqquşma hallarından yayınmağa şərait yaradır. Tədqiqatçılar qeyd edir ki, test zamanı yeni növ nəqliyyat vasitəsi yaxşı nəticələr nümayiş etdirib. Sınaqlar zamanı avtomobilin yolda obyektlərin 90 faizindən yan keçməsi müəyyənləşdirilib. Bildirilir ki, yeni sistem hətta hərəkət edən obyektləri müəyyənləşdirərək onların 90 faizindən yan keçməklə manevr edir. Səsli naviqasiya sistemi ilə yanaşı, prototipdə kiçik məsafədə (10 metrədək) maneələri qeydə alan hərəkət ötürücüsü quraşdırılıb. Yeni nəqliyyat vasitəsi əvvəllər ilk sürücüsüz "Google" avtomobil prototiplərində tətbiq edilən "Waymo" maşın prototipi əsasında yaradılıb. Yeni sistemlə təchiz edilən sürücüsüz avtomobillərin yaxın illərdə satışa çıxarılacağı gözlənilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











