Sürücüsüz elektrik avtobusları

İsveçin “Ericsson” şirkəti şəhərdə sürücüsüz hərəkət edən dünyanın ilk elektrik avtobuslarını nümayiş etdirib. Avtosfer.az ictnews.az-a istinadən xəbər verir ki, yeni avtobuslar sınaqları aparılan beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulub ki, bu da nəqliyyat vasitəsinin şəhər şəraitində təhlükəsiz hərəkətini təmin edir.
Avtobusların hamısında real vaxt rejimində birbaşa videoyayımın həyata keçirilməsi üçün kameralar və avtobusun olduğu yer haqqında məlumatlar ötürən modul quraşdırılıb. Elektrik avtobusların idarəetməsi üçün "Ericsson Transport Operation Center” və “Connected Traffic Cloud” həllərindən istifadə olunur.
Bildirilir ki, sürücüsüz nəqliyyatın düzgün fəaliyyəti üçün “5G” şəbəkəsinə ehtiyac duyulur. “Ericsson” və "Telia” mobil rabitə operatoru ilk sınaq beşinci nəsil rabitə şəbəkəsini 2018-ci ildə Stokholm və Tallin şəhərlərində istifadəyə verməyi planlaşdırır. “5G” kommersiya şəbəkələrinin 2020-ci ilədək təşəkkül tapması gözlənilir.
Sürücüsüz avtobusların nümayişi İsveç hökuməti tərəfindən 2015-ci ildə bəyan edilən “Drive Sweden” nəqliyyat sahəsi üzrə innovativ strateji proqramın tərkib hissəsidir. Proqram çərçivəsində təkcə sürücüsüz ekoloji təhlükəsiz nəqliyyat hazırlamaq deyil, həm də yolların yüklənməsi probleminin həllindən tutmuş, qanunvericiliyə dəyişikliklərədək yol infrastrukturunu tam dəyişmək planlaşdırılır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












