“Tesla”nın o biri üzü - REKORD ZƏRƏR...

Bütün dünyanın “Tesla Roadster” elektromobilinin kosmosa göndərilməsini müzakirə etdiyi bir vaxtda bu avtomobili istehsal edən şirkətin maliyyə göstəricilərinin heç də ürəkaçan olmadığı açıqlanıb. Lent.az-ın xəbərinə görə, “Tesla İnc” dördüncü rübü və ümumilikdə 2017-ci ili rekord zərərlə başa vurub. “MarketWatch”un məlumatına əsasən xalis zərər oktyabr-dekabr aylarında 675 milyon dollara çatıb. Bir il əvvəlin analoji dövründə zərər 121 milyon dollar idi. Gəlir isə 2,284 milyard dollardan 3,288 milyarda yüksəlib.
2017-ci ilin yekunlarına əsasən “Tesla”nın zərəri 1,4 milyard dolları ötüb və şirkətin direktoru İlon Maskın bir çox proqnozu özünü doğrultmayıb. Buna baxmayaraq, İ. Maskın cari il üçün daha iddialı gözləntiləri var. O, bu ili dəyişikliklər ili adlandırıb: “2018-ci il bizim üçün böyük il olacaq. Biz bu ilin hansısa məqamında həftədə beş min ədəd “Model 3” buraxaraq rüblük gəliri artırmağa başlayacağıq”. “Tesla” bu il 100 min ədəd “Model S” və “Model X” tədarük etməyə hazırlaşır. Maliyyə hesabatının açıqlanmasından sonra şirkət səhmlərinin dəyəri 0,4% azalıb. Hazırda “Tesla”nın bazar dəyəri 56,4 milyard dollara yaxındır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












