“Toyota” yeni robot avatarını təqdim etdi

Yaponiyanın “Toyota” şirkəti yeni robot avatarını təqdim edib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, “Toyota” şirkətinin yeni robotu onu xüsusi naqilsiz avadanlıq vasitəsilə idarə edən operator insanın hərəkətlərini maksimal dəqiqliklə təkrarlaya bilir. Tərtibatçıların sözlərinə görə, T-HR3 adlanan maşın kosmosun mənimsənilməsi sahəsində olduqca böyük potensiala malikdir. İnsan VR avadanlıq və xüsusi sensorun köməyi ilə robotun panorama görüntüsündə nə etdiyini görə və əllərin ucu ilə hərəkət edərək əmrlər verə biləcək. Cihaz tam olaraq operatorun hərəkətlərini təkrarlayacaq. T-HR3 robotunun yaradıcıları hesab edirlər ki, insanın olduqca böyük riskə atıla biləcəyi təhlükəli işin yerinə yetirilməsində onun tayı-bərabəri yoxdur. Misal üçün, radioaktiv zonada və ya açıq kosmosda olduğu kimi. Bundan öncə isə bildirilib ki, Yaponiyanın “Sony” şirkəti da robot təqdim edib. Bu robot evə nəzarət edir. “Xperia Hello” cihazı zahirən səsgücləndiricisinə oxşayır və otaqda baş verənlərə tam olaraq nəzarət etməyi bacarır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












