Türk ordusuna robot əsgərlər gəlir

Elm, sənaye və texnologiya naziri Faruk Özlü “Cəmiyyətin ən əhəmiyyətli vəzifələrindən biri olan müdafiə xidmətlərində robot əsgərlərdən istifadə ediləcək günlər uzaqda deyil” deyə açıqlama verib. Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, Faruk Özlü “Microsoft Ankara Zirvəsi”ndə iştirak edib. Əvvəlcə stendləri gəzən nazir daha sonra “Microsoft” tərəfindən inkişaf etdirilmiş “Hololens” eynəyini taxıb. Nazirliyin bir çox yeniliklərindən danışan Faruk Özlü Türkiyə ordusuna robot əsgərlərin gətiriləcəyindən də bəhs edib. “Cəmiyyətin ən kritik vəzifələrindən biri olan müdafiə xidmətlərində robot əsgərlərdən istifadə ediləcək günlər uzaq deyil” deyən nazir bunları bildirib: “Hər şeyin texnologiya ilə əvəzlənməsi qarşımıza qoydumuz əsas məqsədlərimizdəndir. Bunu mütləq bacarmalıyıq. Texnologiyanın inkişafının faydalarını hamı çox gözəl bilir. Lakin bunun ictimai xidmətlərdə, xüsusilə də orduda böyük əhəmiyyəti var. İstehsal edəcəklərimiz bir anlıq olmamalıdır. Texnologiyanın inkişaf etdiyi hazırki dövrdə köhnə texnologiyaya maddi vəsait ayırmaq lazım deyil. İstehsal edəcəyimiz əsgər robot modellər isə daha müasir və gərəkli olmalıdır”.“a24.az”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











