Türkiyə dizel yanacağına biodizel əlavə etməyə başlayıb

Türkiyədə ən çox istifadə edilən yanacaq növü olan dizelə 0,5% biodizelin əlavə edilməsi ilə bağlı qərarın tətbiqinə başlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yanacaq bazarında satılan hər 200 litr dizelin tərkibində 1 litr biodizel olacaq.
Qeyd edək ki, müvafiq qərar Türkiyə Enerji Bazarına Nəzarət İdarəsi tərəfindən 2017-ci ilin iyun ayında qəbul olunub və biodizelin dizellə qarışdırılması ilə bağlı minimum həddin müəyyən edilməsindən sonra bu il yanvar ayının 1-dən qüvvəyə minib. Dəyişiklik nəticəsində dizelin tərkibinə kənd təsərrüfatı məhsullarından və ya istifadə olunmuş bitki tərkibli yağlardan istehsal olunmuş biodizel qatılacaq.
Xatırladaq ki, Türkiyədə istehlak olunan yanacağın 84%-ni dizel təşkil edir. Bu da onu deməyə əsas verir ki, 2018-ci ildə 0,5% biodizel əlavə olunması nəticəsində təxminən 115 min ton biodizel istehsal olunacaq. Türkiyədə 12 lisenziyası olan biodizel istehsalçısı var və onların illik istehsal gücü 240 min ton təşkil edir.
Biodizel aspir və kanola yağlarından istehsal edilir. Biodizel özü də yanacaq kimi istifadə oluna bilər, amma əsasən dizellə qarışdırılaraq istifadə olunur. Dizellə müqayisədə yağlama əmsalı yüksək olduğundan avtomobil mühərriklərinin istismar müddətini uzadır. Həmçinin, ətraf mühitin qorunması baxımından yanmayan hiidrokarbon əmsalı, dizellə müqayisədə 90% və digər kanserogen təsiri olan hidrokarbonatlarla müqayisədə 75-90% daha azdır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











