Türkiyədə Avropanın ən uzun tuneli tikilir

Türkiyədə Avropanın ən uzun tuneli inşa edilir. Bu tunel uzunluğuna görə dünyada ikinci olacaq. “Yeni Ziqana” tuneli iki tuneldən ibarətdir, uzunluğu 14,5 km-dir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yeni tunel Türkiyənin Qara dəniz regionunun şərq hissəsinin əyalətləri ilə Yaxın Şərq, Qafqaz və İran arasında məsafəni qısaldacaq. İnşaat işləri təsdiq edilmiş plan üzrə gedir. Tunel iki: Gümüşxana əyaləti və Trabzon əyaləti istiqamətlərindən ibarət olacaq. Gün ərzində tunel tikintisinin orta sürəti 10 metrə yaxındır. Daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, tunelin tikintisi 2019-cu ilin oktyabr ayının 29-na qədər başa çatacaq. Türkiyənin ən uzun avtomobil tuneli Ziqan dağ silsiləsindən keçir. Zıqqan aşırımı yüksək riskli yol hesab edilir. Əlverişsiz hava şəraiti zamanı, əsasən də qış aylarında bu yolla səfərlər təhlükəli hesab edilir. Yeni tunel hərəkətin təhlükəsizlik səviyyəsini yüksəldəcək və yol qəzalarının sayının azalmasına vasitəçi olacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










