“Uber” vertolyot taksiləri xəttə buraxır - Braziliyada

“Uber” taksi sifarişi xidməti Braziliyada sərnişinlərin vertolyotlarla daşınması layihəsini reallaşdırmağa başlayır. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın “Folha de Sao Paolo” nəşrinə istinadən məlumatına görə, müştərilərə mobil cihazlarındakı əlavənin vasitəsilə vertolyot sifariş etmək təklif olunur.
Ancaq bu növ taksi müştərini yalnız San-Paulu şəhərinin vertolyotun enişinə icazə verilmiş doqquz nöqtəsində götürə və endirə biləcək.
Adıçəkilən xidmətdən müştərilər hər gün səhər saat 7-dən axşam saat 8-ə qədər istifadə edə biləcəklər.
“Uber” şirkətində isə dəqiqləşdiriblər ki, vertolyotda gedişin qiyməti standart taksidə gediş haqqından təxminən 4 dəfə bahadır. Ancaq bununla belə, vertolyot sərnişini adi taksidən 4 dəfə daha tez çatdırır.
Bundan öncə isə “Uber” Qazaxıstan bazarına çıxıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












