Uçan avtomobil bir milyon dollardan baha olacaq – VİDEO

Slovakiyanın “AeroMobil” şirkəti Monakoda keçirilən sərgidə özünün uçan avtomobilini təqdim edib. Avtosfer.az-ın lent.az-a istinadən xəbərinə görə, avtomobil üçün artıq ilkin sifarişlərin qəbuluna başlanıb. Uçan avtomobilin dəyəri 1 milyon dollardan artıqdır və 2020-ci ildən etibarən alıcıların istifadəsinə veriləcək. Hibrid mühərriklə təchiz olunmuş avtomobili həm yerdə, həm də göydə sürmək mümkün olacaq. Yerdə maksimal sürəti 160 km/saat, maksimal gedişi 700 km olacaq. Göydə isə bu göstəricilər müvafiq olaraq 360 km/saat və 750 km olacaq. Avtomobili uçuş rejiminə keçirmək üçün 3 dəqiqə lazım gələcək. Nəqliyyat vasitəsi həm avtomobil, həm də uçan aparat kimi qeydiyyatdan keçəcək. Bu isə o deməkdir ki, onu idarə edən şəxsin həm sürücülük vəsiqəsi, həm də pilot lisenziyası olmalıdır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












