Uşaqlar üçün robot-pişik hazırlanıb

Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında gənc auditoriyanı maraqlandırmaq, proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrətmək bacarığı olan robot-pişik təqdim edilib.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, robot gənc istifadəçi tərəfindən proqramlaşdırılan çoxsaylı sensorlarla təchiz olunub. Yeni qurğu səs ötürücülərinə, eləcə də robotun ayrı-ayrı hissələrinin hərəkətini təmin edən çoxlu mexaniki elementlərə malikdir. Məlumata görə, robota komandaları hazırkı mövcud proqramlaşdırma dilləri və ya proqramlaşdırma haqqında məlumatı olmayanlar üçün işi sadələşdirən xüsusi proqram vasitəsilə vermək mümkündür. Layihə müəllifi Maksim Mosalskinin sözlərinə görə, robot uşaqlar üçün informatika, riyaziyyat, musiqi və biologiya kimi fənlərin öyrənilməsində yardım məqsədilə yaradılan ilk Belarus texnologiyasıdır. “8-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan qurğuda işi təmin edən çoxlu sensorlar quraşdırılıb. Biz Belarus müəllimləri ilə birlikdə robotun təhsil müəssisələrində tətbiqi üçün tam kursun hazırlanması ilə məşğuluq”, - deyə layihə müəllifi bildirib.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












