Venerada işləyəcək kompüter çipi icad olunub

ABŞ Kosmik Agentliyinin (NASA) alimləri Venera planeti səthində yüksək temperatura dözə bilən kompüter çipi ixtira ediblər. Bu barədə agentliyin rəsmi saytında deyilir.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, Venera Günəş sistemində ən isti səthə (Farengeyt şkalası üzrə 800 dərəcə) malik olması ilə tanınır.
Çipin agentliyin 2023-cü ilədək planetə göndərəcək gələcək Venera kosmik aparatında quraşdırılması planlaşdırılır. Bunun bəşəriyyətin 1982-ci ildən Veneraya kosmik zondlar göndərməməsi səbəbindən böyük hadisə olacağı gözlənilir.
"NASA"-nın "Glenn" tədqiqat mərkəzində icad edilən kompüter çipi Venerada ekstremal vəziyyətlərdə 521 saat və ya 22 gün işləyə biləcək.
Bildirilir ki, silisiumdan hazırlanan əksər çiplər yüksək temperaturda yarımkeçirici deyil, adi keçiriciyə çevrilməyə başlayır. Silisium-karbiddən hazırlanan yeni çip isə yüksək temperaturlarda stabil yarımkeçiricilik xüsusiyyətlərini saxlayır. Bundan başqa, tədqiqatçılar qrupu çipin bütün hissələrini birləşdirən naqillərin alışmayacağına zəmanət verir. Bu, onların yalnız tantal silisium kimi möhkəm materiallardan ibarət olması ilə izah edilir.
Missiya alimləri əmindirlər ki, Günəş sistemində ikinci planetin atmosferinin geoloji proseslərinin və istixana qazlarının ətraflı tədqiqi hazırda Yer planetində baş verən proseslərin başa düşülməsinə kömək edə bilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











