“WhastApp”a gözlənilən yeniliklər gəldi

“WhatsApp” messenceri vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yazılmış mətnin tərzini də dəyişmək olar. Əvvəllər “WhatsApp” vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. Heç içində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə göndərmək mümkündür. Əgər istifadəçi bir dəfəyə bir neçə faylı göndərsə və ya qəbul etsə, həmin fayllar çat daxilində bir qovluqa cəmləşəcəklər. Bu cür özəllik əsasən aktiv qrup çatları üçün əla seçimdir. Bundan əlavə olaraq zənglər ekranı da dəyişib. Belə ki, bundan sonra gələn zənglərə cavab vermək üçün barmaq hərəkətini yana deyil, yuxarı etmək lazım olacaq. İlk öncə bu funksiyalar test mərhələsində idi. İndi isə tədricən bütün istifadəçilər üçün aktiv olacaq.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












