“WhatsApp”-dan daha bir faydalı yenilik

“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencerin istifadəçiləri bir-biri ilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq. Ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək. Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər. “WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












