“WhatsApp” istifadəçilərini çaşdıran rəng oyunu - Nə deməkdir? - FOTO

Sosial şəbəkələrdə son günlər “WhatsApp”la bağlı qəribə bir iddia yayılıb. Paylaşımlarda bildirilir ki, tətbiqdə profil şəkli olmayan kontaktların fonunda görünən rənglər guya istifadəçilər arasındakı münasibətin səviyyəsini göstərir. Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, iddialara əsasən, həmin rənglər təsadüfi seçilmir. Hətta bəzi paylaşımlarda onların xüsusi mənalar daşıdığı, qarşı tərəfin sizi nömrələrində saxlayıb-saxlamadığı və ya sizinlə nə qədər ünsiyyətdə olduğu barədə məlumat verdiyi vurğulanır.
Yayılan versiyalara görə, yaşıl rəng şəxsin sizi kontakt siyahısına əlavə etmədiyini, mavi rəng vaxtilə bloklandığınızı, qırmızı rəng nadir hallarda əlaqə saxladığınız insanları göstərir. Açıq yaşıl rəngin isə əvvəllər daha sıx danışdığınız, sonradan isə ünsiyyəti azalan şəxslərlə bağlı olduğu iddia olunur.

Ancaq bu fikirləri təsdiqləyən hər hansı rəsmi açıqlama yoxdur. “WhatsApp”ın mövcud funksiyalarında da belə bir sistemin işlədiyinə dair texniki əsas göstərilmir. Mütəxəssislərin sözlərinə görə, söhbət sadəcə profil fotosu olmayan istifadəçilər üçün tətbiq tərəfindən avtomatik seçilən fon rənglərindən gedir və onların şəxsi münasibətlərlə heç bir bağlılığı yoxdur.
Beləliklə, sosial mediada dövriyyəyə buraxılan bu iddialar həqiqəti əks etdirmir. Görünən rənglər istifadəçilər arasındakı əlaqə barədə siqnal vermir və bu məlumatlar daha çox çaşdırıcı xarakter daşıyır.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












