“Wi-Fi” şəbəkəsi qurularkən bəzi qaydaların pozulması ciddi risklər yaradır - İKTA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Bu barədə Avtosfer.az-a İKTA-dan bildirilib.
Məlumata görə, tədbirdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində təmsil olunan hüquq-mühafizə orqanlarının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri, eyni zamanda internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin təmsilçiləri iştirak ediblər. Müzakirələrdə telekommunikasiya xidmətləri üzrə məlumatların emalı, mühafizəsi və qanunvericilikdə nəzərdə tutulmuş müddət bitənədək saxlanılması məsələləri gündəmə gətirilib. Qanunvericiliyin tələblərinin icrasının zəruriliyi bir daha vurğulanaraq bildirilib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əməl edilməməsi kibercinayətlərin vaxtında aşkarlanmasına mane olur və inzibati məsuliyyət yarada bilər. Görüşdə, həmçinin operator və provayderlərin uçota alınması, müvafiq öhdəliklərin icrası və informasiya təhlükəsizliyinin təmininə dair vəzifələri müzakirə olunub. İştirakçılar şəbəkə infrastrukturunun tələblərə uyğun olduğunu qeyd etməklə yanaşı, məlumatların qorunması və saxlanması zamanı üzləşdikləri çətinliklər barədə də fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, internetdə informasiya təhlükəsizliyinin təşviqi gücləndirilməlidir. Xüsusilə fərdi evlərdə, mənzillərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması ciddi risklər yaradır. Sadə və uzun müddət dəyişdirilməyən şifrlər şəbəkələrin asanlıqla sındırılmasına səbəb olur. Bəzi hallarda isə istifadəçilər şifrsiz internetdən yararlanırlar. Görüşün yekununda operator və provayderlərin qanunvericiliyin tələblərini daima nəzarətdə saxlamaları, informasiya təhlükəsizliyinin təmini üçün maarifləndirici fəaliyyətləri genişləndirməsi və istifadəçilərin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasının gücləndirilməsi barədə razılıq əldə olunub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











