"WorldSkills Şanxay 2026" kibertəhlükəsizlik yarışının milli komanda seçimləri başladı – Azərbaycanı təmsil et!

22–27 sentyabrda Çinin Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə "WorldSkills Şanxay 2026" beynəlxalq yarışının seçim mərhələsinə start verilib. 89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə start verib. Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə WorldSkills Azərbaycan çərçivəsində kibertəhlükəsizlik üzrə bütün tədbrilər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcəkdir. Bu istiqamətdə fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə edəcək. Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, "intermediate" səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət göstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçən namizədlər üçün Birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF), və final (Final CTF) olmaqla 3 mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələ fərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hər komanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq və sözügedən sahənin aparıcı mütəxəssisləri tərəfindən xüsusi təlimlər alacaqlar.
Sözügedən tədbir yerli təhsil, iqtisadiyyat, turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərli imkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənin təşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşə sahələri üzrə bacarıqlarını nümayiş etdirərək texniki bilik mübadiləsinə dəstək göstərəcəklər.
Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il
Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











