Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər

Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək. Avtosfer.az AzərTac-a istinadən xəbər verir ki, “Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında da hərəkət edəcək robotların axşam saat 5-dən səhər saat 8-dək xidmət göstərməsi planlaşdırılır.
Hər biri 90 litrlik dolaba sahib olan robotlar insanlarla qarşılaşdıqları zaman nəzakətlə davranacaq. Bununla da tibbi heyətin xəstəxanadakı iş yükü azalacaq və bir sıra problemlər aradan qalxacaq.
Xəstəxanada robotlardan ilk mərhələdə bir il müddətinə istifadə ediləcək. Əgər bu layihə uğurlu olarsa “Toyota” şirkəti ilə daha uzunmüddətli müqavilə imzalanacaq.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












