Yeni dron iki rejimdə uçacaq

Sinqapur Texnologiya və Dizayn Universitetinin mühəndisləri (SUTD) havada iki rejimdə - vertikal və horizontal şəkildə uça bilən kompakt “Transformable HOvering Rotorcraft” (THOR) pilotsuz uçan aparatını yaradıblar. Aparat təyyarə kimi şığıyır və havada vertolyot kimi dövrə vurur.
Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, “THOR” yüksək uçuş effektivliyinə malikdir: aparat təyyarə rejimində uzaq məsafələrə yükdaşımaları üçün istifadə oluna bilər, dövrə vurma rejimində isə məhdud məkan şəraitində manevrlər etmək qabiliyyətinə malikdir. Dron havada olan zaman iki rejim arasında keçid edir: onun qanadları rotora çevrilərək mərkəzi modul ətrafında bir pərli vertolyot kimi fırlanmağa başlayır.
Mühəndislər bildirib ki, aparatın rejimin dəyişdirilməsi zamanı hündürlüyü itirərək mümkün düşməsinin qarşısını almaq üçün onun üzərində tamamlama işlərinin aparılmasına ehtiyac duyulur.
Məlumata görə, kompakt ölçülər və yüksək manevrlik qabiliyyətinə görə “THOR” perspektivdə müxtəlif sahələrdə, o cümlədən müşahidələrin aparılması, məhsulların çatdırılması və kənd təsərrüfatında tətbiq edilə bilər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










