Yeni sistem sürücünü yuxulamağa qoymayacaq

Panasonic korporasiyası bir neçə universitetlə birlikdə yol nəqliyyatının təhlükəsizliyini gücləndirmək, yorulan və ya yuxulayan sürücülərin günahından törəyən qəzaların sayını azaltmağa yönələn konseptual həll hazırladı. Avtosfer.az bildirir ki, sistem nəinki sürücünün yorğun olması anını izləyir, həmçinin növbəti dinamikanı qabaqcadan bilərək insanı yatmağa qoymayan şərait yaradır.
Kompleks ön panel sahəsindəki ötürücü dəstinə əsaslanır: bu süni intellekt sisteminə qoşulmuş üz tanıma sistemi olan kamera, infraqırmızı və temperatur sensonlarıdır. Süni intellekt üçün yuxulama, sevinmə, kədərlənmə və s. kimi müxtəlif vəziyyətlərdə olan insanların şəkillərinin geniş bazası tərtib olunmuşdur. Bu informasiyanın analizi müxtəlif növ yuxulama səviyyələrinə uyğun olan xarici əlamətlərin dəqiq klassifikasiyasını yaratmağa imkan verdi.
Tədqiqatçılar deyir ki, insanların çoxu yuxulayanda özündən asılı olmayaraq xarakterik qeyri-verbal siqnallar göndərir. Üz ifadəsi, yavaş göz qırpma və hətta bədən temperaturunun dəyişməsi birmənalı şəkildə sürücünün tezliklə özü və nəqliyyat vasitəsi üzərində idarəetməni itirəcəyinə işarə edir.
Panasonic sistemi məhz belə dəyişiklikləri qeyd edir. Ötürücülər sürücünün göz qırpma və üz ifadəsi özəlliyini dəqiqliklə qeyd edir. Bu ifadələri ilkin mərhələdə aşkar edərək süni intellekt insanı yuxulamağa imkan verməyəcək tədbirlərə başlayır. Məs: salondakı temperatur aşağı düşə bilər və əlavə işıqlar yana bilər. Özü də sistem temperatura nəzarət sisteminin işini sürücünün individual reaksiyasına uyğunlaşdırır: bu insanın oyaq olmasının həddini tapmağa kömək edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











