Yeni tip akkumulyatorlar YARADILDI

ABŞ mühəndisləri MnO2 (Manqan dioksidi) elementi əsasında işləyən yeni tip akkumulyatorlar hazırlayıblar. İnnovativ üsul kiçik ölçüyə malik qurğunun uzun müddət ərzində işləməsinə nail olmağa imkan verib. Yeni tip akkumulyatorlar strukturuna görə unikaldır və uzunmüddətli iş qabiliyyətinə malik olmaqla az yer tuturlar. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, qurğunun kompaktlığı çoxlu elektrodları bir akkumulyator batareyasına yerləşdirməyə imkan verən modullu arxitektura ilə əlaqədardır ki, bu da yüksək tutumlu güclü akkumulyatorlar yaratmağa şərait yaradır. Məlumata görə, yeni akkumulyatorlar günəş və külək energetikası sahəsində canlanmaya səbəb olaraq onların rentabelliyini və aqreqatların istismar müddətini artıracaq. Manqan əsasında işləyən yeni tip akkumulyatorların qiyməti ucuzdur, enerji ilə tez doldurulur və yüksək enerji tutumuna malikdir. Böyük enerji tutumlu yeni qurğuların müsbət cəhəti kimi ekspertlər onların əsasını təşkil edən elementin geniş yayılmasını hesab edərək akkumulyatorların təhlükəsiz və zəhərsiz olmasını xüsusi qeyd edirlər ki, bu da ekologiya üçün təhlükəni aradan qaldırmağa imkan verir.
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI










