Yeni yük pilotsuz uçuş aparatı ilk uçuşunu edib

Çin Elmlər Akademiyasının əməkdaşları Yeni Zelandiyanın "P750XL" təyyarəsi əsasında "AT200" yük pilotsuz uçuş aparatının prototipini hazırlayıblar.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, konstruksiyanın bir sıra digər şirkət və elmi təşkilatların mütəxəssisləri tərəfindən tamamlanması nəticəsində uçuş kütləsi 3,4 ton təşkil edən pilotsuz uçan aparat ərsəyə gətirilib. Sınaqlar zamanı aparat yerdə 200 metr məsafədə sürət yığdıqdan sonra havaya qalxaraq 26 dəqiqə davam edən ilk uçuşu həyata keçirib. Aparatın hazırlanması ilə məşğul olan akademiya əməkdaşlarının sözlərinə görə, "AT200" hazırda göyərtəsində yarım tonadək faydalı yük daşıya bilən dünyanın ən ağır mülki yük pilotsuz uçuş aparatlarından biridir. Maksimal uçuş sürəti saatda 313 km təşkil edən aparat, həmçinin 6 km hündürlükdə təxminən 2 min km uça bilir.
Məlumata görə, yeni pilotsuz uçan aparatın vəzifəsi ucqar yerlərdə və dəniz akvatoriyalarında yaşayan insanların ərzaq və lazımi sənaye malları ilə təchiz edilməsindən ibarətdir. Mütəxəssislərin fikrincə, belə aparatlar daşıyıcılar üçün pula qənaət etməklə yanaşı, reyslərin sayını artırmağa imkan verəcək.
"AT200" yük pilotsuz uçuş aparatının qiyməti və seriyalı istehsalına başlama müddəti barədə məlumat verilmir. Bunadək aparatın tamamlanaraq aerodinamikasını, tutumunu və konstruksiyasını yaxşılaşdırmaq planlaşdırılır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











