Yeni zirehli ambulans maşını yaradıldı – FOTO

Türkiyənin “Katmerciler” şirkətinin istehsalı olan zirehli ambulans maşının təqdimatı keçirilib. Avtosfer.az “azeridefence”a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının tələbatını ödəmək məqsədi ilə istehsal edilən zirehli ambulans 4×4 təkər formuluna malikdir. Ford F550 şassisi üzərində yaradılan zirehli ambulans təhlükəli ərazilərdə ilkin tibbi yardım və təxliyə məqsədi ilə yaradılıb. Ambulansın daxilinin genişliyi xəstələr üzərində ayaq üstə əməliyyat aparmaq imkanı verir. Zirehli ambulans maşın sürücü, 2 tibb heyəti və 5 xəstə daxil olmaqla 8 nəfəri daşımaq qabliyyətinə sahibdir. Məlumatda o da qeyd olunub ki, 300 HP gücünə və 4×4 sürmə imkanına malik ambulans maşın hər cür yol və hava şəraitinə uyğun hazırlanıb. Sürücü, tibb heyəti və xəstələrin təhlükəsizliyini tam təmin edən zirehli ambulansın istənilən konfiqurasiya və fərqli balistik qoruma səviyələrinə uyğun dizayn edilməsi mümkündür.




Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












