Banner

Yer kürəsinin orbitini əhatə edəcək maraqlı layihəyə start verdi - NASA

Texnologiya 7 Dekabr 2016 15:30 Oxunub 1846
Yer kürəsinin orbitini əhatə edəcək maraqlı layihəyə start verdi - NASA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sistemin ilk testi 2020-ci ildə keçiriləcək

NASA Yer kürəsinin orbitinə yeni kosmik stansiya göndərəcək. Adətən Yer kürəsinin orbitindəki kosmik aparatların yanacaq hasil etmələri və onlarda texniki nasazlıqlar aşkar edildikdə onlar sadəcə olaraq lazım olmayan dəmir parçasına çevrilirlər. Beləliklə onlar Yer kürəsinin orbitində lazımsız bir əşya kimi duraraq digər kosmik aparatlara təhlükə yarada bilərlər. Lakin yaxın zamanda hər şey dəyişəcək. Belə ki, NASA, orbital stansiyaların texniki xidmətlərini, Restore-L adlı süni peykə təhvil verəcək. Həmin süni peyk isə öz növbəsində orbital stansiyaları yanacaqla təmin edə və onların texniki nasazlıqlarını aradan qaldıra biləcək.

Avtosfer.az "technote.az”a istinadən xəbər verir ki, NASA, ABŞ-ın "Space Systems/Loral” şirkəti ilə 127 milyon dollarlıq müqavilə imzalayıb. Məhz bu şirkət Restore-L peykinin hazırlanması ilə məşğul olacaq. Kosmik aparatın özü naviqasiya sistemi və robotlaşdırılmış manipulyatorlar ilə təmin olunacaq. Restore-L, süni peykləri sözün əsl mənasında tuta biləcək və onların servis xidmətindən sonra əvvəlki yerlərinə yerləşdirə biləcək. Sistemin ilk testi 2020-ci ildə keçiriləcək. Belə ki, həmin test zamanı robot, orbitdəki digər kosmik aparatı yanacaq ilə təmin etməli olacaq. Bundan əlavə olaraq texniki servis proqramı, süni peyklərin iş müddətini artıracaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh